"Təbrizdə Ermənistan konsulluğu açılsa, başlarına yıxarıq" – Güneylilərdən SƏRT XƏBƏRDARLIQ

Hazırda oxunan: "Təbrizdə Ermənistan konsulluğu açılsa, başlarına yıxarıq" – Güneylilərdən SƏRT XƏBƏRDARLIQ

102928

"İranın Ermənistanla yaxınlaşması, habelə rəsmi İrəvanın Təbrizdə konsulluq açmaq niyyətlərini ifadə etməsində əsas səbəblərdən biri Quzey Azərbaycanda, Qarabağda görülən işlər, iqtisadi inkişafdır. Bu İranı qıcıqlandırır. Çünki quzeydəki tərəqqi güneydə də oyanışa səbəb olur və İran hər vəchlə bunun qarşısını almağa çalışır"

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Cənubi Azərbaycandan olan siyasi fəal, jurnalist-yazar Həsən Kərimzadə bildirib.

Siyasi fəal qeyd edib ki, İran heç zaman Azərbaycanın güclənməsini istəmir:

"Azərbaycan nə qədər güclənsə, İran Ermənistana o qədər yaxınlaşacaq. İranın Qarabağın işğaldan qurtarılmasından sonra Ermənistanla münasibətləri daha da inkişaf etdirməsinin arxasında bu dayanır. 30 illik işğal dönəmində isə indikindən fərqli olaraq Tehran həm Ermənistana, həm Azərbaycana qardaş deyə bilirdi". 

Həsən Kərimzadə İran-Ermənistan yaxınlaşmasında digər vacib faktor kimi Cənubi Azərbaycandakı milli azadlıq dalğasını ön plana çıxarıb:

"Güneydə aksiyalarda istifadə olunan "azadlıq, ədalət, milli hökumət" şüarları artıq bütün İrana yayılıb. Ondan ərəblər, bəluclar, qaşqaylar, kürdlər və digərləri istifadə edirlər. Çünki həmin etnoslar tarixdən də bilirlər ki, türk hakimiyyəti ədalətlidir. Bu gün fars-molla rejiminə yalnız bir alternativ var: türk hökuməti. Onu da yalnız Güney Azərbaycan türkləri yarada bilər. İran Ermənistanla yaxınlaşmaqla Güney Azərbaycan gəncliyinin səsini boğmağa çalışır. Lakin bu siyasət də doğru nəticəyə hesablanmayıb. Fars rejimi 44 günlük müharibədə də güneylilərin Qarabağa silah daşıyan tırları yandırdığını gördü. İndi də Təbrizdə konsulluq açılsa, onu İranın da, Ermənistanın da başına yıxacağıq. Bunu fars rejimi çox gözəl anlayır. 

Amma bunun fərqi yoxdur. Zəngəzurun cənubu Güney Azərbaycandır. İran deyirsə ki, Ermənistanla iqtisadi əlaqələri inkişaf etdirəcək, buyursun. Güney Azərbaycan gəncliyi də bəyan edir ki, Ermənistana qaz verməyə də imkan yaratmayacağıq. Cənubi Azərbaycan izn verməsə, İran Ermənistanla münasibətlərini necə inkişaf etdirə bilər?"

Həsən Kərimzadə Qafanda İran konsulluğu açıldıqdan sonra fars siyasilərinin şərhlərinə də diqqət çəkib:

"Həmin zamandan etibarən fars siyasi şərhçiləri "ermənilərlə biz, bir millət, iki dövlətik" deməyə başladılar. Yəni məsələ aydındır. Onlar bunu Azərbaycan-Türkiyə birliyinə qarşı qoyurlar. Göründüyü kimi, İran türk dövlətlərinin yaxınlaşmasından, Zəngəzur dəhlizi vasitəsilə Turanın qurulmasından narahatdır".

Siyasi fəal onu da diqqətə çatdırıb ki, hal-hazırda Güney Azərbaycanda İrandan Ermənistana qaz nəqli, eyni zamanda yük daşımalarınım qarşını almaq üçün tədbirlərin görülməsi müzakirə olunur:

"İran Təbrizdə Ermənistan konsulluğu açmaqla Güney Azərbaycana savaş elan edir..."

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin