Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinləri Moskvada üçtərəfli görüş keçirib.
Bizim.Media xəbər verir ki, Rusiya tərəfdən danışıqlarda Aleksey Overçuk, Azərbaycandan Şahin Mustafayev, Ermənistandan isə Mqer Qriqoryan iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
Türkiyə Rusiya Qarabağda birlikdə - Tarixi an - VİDEO
Görüşdə Cənubi Qafqazda nəqliyyat əlaqələrinin qurulması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.
Bundan əlavə, Qarabağ üzrə işçi qrupunun iclasında dəmir yolu, avtomobil və daşınmalarla bağlı, həmçinin təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsinə dair razılıq əldə olunub.
Baş nazir müavinləri ekspert alt qruplarının formalaşdırılmasını 2 fevral 2021-ci ilə qədər tamamlamağa qərar veriblər.
Bizim.Media