Xəlilbəyli Təbriz 1964-cü il fevralın 12-də Bakı şəhərində dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, İncəsənət Universitetində təhsili ilə paralel "Azərbaycan film" kinostudiyasında işıqçı çalışır.
1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanır. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Şücaətinə görə, Daxili işlər Nazirliyinin "Boz qurd" mükafatına layiq görülüb.
1992-ci ilin 31 yanvar tarixi onun həyatının son günü olub. Təbriz Xəlilbəyli Şuşanın mühasirədən çıxarılması üçün təşkil olunan Daşaltı əməliyyatı zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. Şəhidlər Xiyabanında dəfn olunan Təbrizin adına Bakı şəhəri və Salyan rayonunda küçələr var.
Xüsusi məqsədlər üçün istifadə olunan gəmilərdən biri onun şərəfinə adlandırılıb. Evinin qarşısına xatirə lövhəsi vurulub.
2 qız övladı olan şəhidimiz mərhum xalq şairimiz Xəlil Rza Ulutürkün oğludur.
Zatən xalq şairimiz "Qalx ayağa, Azərbaycan" şeirində bütün emosiyalarını aydın ifadə edir.
Xəlil Rza Ulutürkün ifasında həmin şedevri təqdim edirik.
Anar Rəhimov, Bizim.Media