Uşağı rentgen edən həkimlər gördükləri mənzərədən şoka düşdülər - FOTOLAR

Hazırda oxunan: Uşağı rentgen edən həkimlər gördükləri mənzərədən şoka düşdülər - FOTOLAR

10283

Güclü qusma ilə xəstəxanaya gətirilən uşağı rentgendən keçirən həkimlər gördükləri mənzərədən şoka düşüblər. Belə ki, balacanın qarın nahiyyəsində “təsbeh” olub.

Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb. Hadisə Rusiya paytaxtında baş verib.

Məlum olub ki, iki yaşlı uşaq maqnit konstruktordan diyircəkli şarları udub. Onlar isə bir-birinə yapışaraq nazik bağırsağı sıxıb.

Lakin hər şey yaxşı qurtarıb. Cərrahlar dərhal onu əməliyyat edib və maqnitləri çıxarıblar.

Uşağın bağırsağından 10 santimetr kəsilib. Həkimlər bu hadisənin onun gələcək həyatına təsir etməyəcəyini bildirirlər.

Qeyd edək ki, körpələrlə bu cür hallar ilk dəfə baş vermir. Dekabr ayında analoji hadisə Ukraynada yaşanmışdı. O zaman da 3 yaşlı oğlan 30-a yaxın maqnit şar udmuşdu. (oxu.az)

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin