Azərbaycanda yod kəskin bahalaşdı

Hazırda oxunan: Azərbaycanda yod kəskin bahalaşdı

102820

Azərbaycanda yodun qiyməti kəskin artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Bildirilib ki, əvvəllər 40 qəpiyə satılan yod hazırda 1,20 manatadır. 

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 26 oktyabrda keçirilən iclasında yeni dövlət qeydiyyatına alınan 76 dərman vasitəsinin qiyməti təsdiq edilib. Həmin siyahıda yod da əlavə olunub. Bu siyahıda bir neçə ölkə istehsalı olan yod var. 

Ancaq hazırda apteklərdə satışda olan əsasən Rusiyanın Yaroslav əczaçılıq fabrikinin 5 faizli 10 ml olan məhsuludur. Onun pərakəndə qiyməti oktyabrın 31-dən 1,19 manat müəyyən edilib. 

Tarif  Şurasının siyahısında olan qiymətlərdən biri dərmanların topdan, digəri pərakəndə satış qiymətidir. Məsələn, aptek yodu 0,99 manata alıb, 1,19 manata satmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin