Quru sərhədləri yanvarın 1-dən AÇILIR? – Sərhəd Xidmətindən AÇIQLAMA 

Hazırda oxunan: Quru sərhədləri yanvarın 1-dən AÇILIR? – Sərhəd Xidmətindən AÇIQLAMA 

102794

İki ildən çoxdur ki, Azərbaycan sərhədləri bağlı qalır. 

Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin martından bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.

Son vaxtlar bu qadağa koronavirsun yayılması riski ilə deyil, təhlükəsizlik faktoru ilə əlaqələndirilir. 

Azərbaycanda çoxluq quru sərhədlərin bağlı qalmasından vaxtaşırı narahatlıqlarını ifadə edir. Xüsusilə millət vəkilləri quru sərhədlərə tələbatın çoxluğunu irəli ataraq, müəyyən şərtlər şərçivəsində quru sərhədlərin açılmasını vacib sayırlar. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə quru sərhədlər yanvarın 1-dən etibarən açılacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Quru sərhədlərin açılmamasının əsl səbəbi MƏLUM OLDU – Hələ 2 ay da bağlı QALACAQ


Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmisi Afdandil Abbasob saytımıza açıqlamasında quru sərhədlərin açılması ilə bağlı onlara hər hansı təlimat gəlmədiyini bildirib:

“Bununla bağlı hər hansı məlumatımız yoxdur. Həmçinin aidiyyəti qurumlardan nə təlimat, nə də göstəriş var. Göstəriş gəlsə, icrası təmin olunacaq”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-da başa çatırdı. Amma müddət 2023-cü il 1 yanvar saat 06:00-dək uzadılıb. Rəsmi olaraq qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin