Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı oktyabr ayı ərzində müraciət edən 5 nəfər ölüb.
Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, KTM-yə zəhərlənmə ilə bağlı 828 nəfər müraciət edib. Onlardan 140-ı Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 3-ü dəm qazından, 3-ü alkoqollu içkidən zəhərlənib. Digərlərindən 4-ü anaflaksiya, 7-si allergik reaksiya, 2-si botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 2-sini ilan, 1-ni isə həşarat sancıb.
Zəhərlənən şəxslərin 62-si qadın, 50-si kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 2 nəfər dərman zəhərlənməsindən, 3 nəfər sirkə turşusundan dünyasını dəyişib.
Dünyasını dəyişən şəxslərdən 3-ü qadın, 2-si kişidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:34 / 04.11.2022
Ötən ay 5 nəfər zəhərlənmədən ölüb
Hazırda oxunan: Ötən ay 5 nəfər zəhərlənmədən ölüb
Hazırda oxunan: Ötən ay 5 nəfər zəhərlənmədən ölüb
102767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.