İngilis diyetoloqları qarın yağını əritməyə kömək edə biləcək dörd qidanın adını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, bu barədə “Express”də geniş məqalə dərc olunub.
Qarın piylərini əritmək istəyənlər mütləq yüksək proteinli qidalar yeməlidir. Bunun üçün mütəxəssislər ilk növbədə balıq yeməyi tövsiyə edirlər.
Onların fikrincə ən doğru seçim Tuna balığıdır. Çünki Tuna digər balıq növlərindən daha az yağlı olduğu üçün pəhriz qidası sayılır.
Diyetoloqlar pəhrizə yumurta əlavə etməyi də məsləhət görürlər. Onlar bu məhsulu səhər yeməyinə daxil edən insanların eyni kalorili tərkibli karbohidratla qidalananlardan daha çox arıqladıqlarını bildiriblər.
Bundan başqa çiyələk, moruq və qaragil kimi giləmeyvələri qida rasionuna daxil edilməlidir.
Çünki bu qidalar yüksək lif mənbəyi olduğundan həzmi yaxşılaşdırır və şişkinliyə qarşı mübarizə aparır.
Əlavə olaraq mütəxəssislər qarpız yeməyi də məsləhət görürlər. Bu giləmeyvə bədənin piy yandırma qabiliyyətini sürətləndirən amin turşusu olan arginin səviyyəsini artıran likopenlə zəngindir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:50 / 30.01.2021
Bu qidalarla qarın piylərindən qurtulun - SİYAHI
Hazırda oxunan: Bu qidalarla qarın piylərindən qurtulun - SİYAHI
Hazırda oxunan: Bu qidalarla qarın piylərindən qurtulun - SİYAHI
10275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.