Hər birimiz pandemiyanın təsir etdiyi psixoloji gərginlik içərisində yaşayırıq. Son günlərdə sosial şəbəkələrdə hər gün orta hesabla 3-4 intihar xəbərləri oxuyuruq.
Hər yaşdan, hər təbəqədən olan insanlar öz canına qıyır. Ən dəhşətlisi isə odur ki, gənclərin intiharı gələcəkdə cəmiyyət üçün böyük problemlərin yaranacağına işarə edir.
Bizim.Media olaraq insanları intihara sürükləyən səbəbləri araşdırmağa çalışdıq.
Mövzu ilə əlaqədar, suallarımızı Psixoloq Almaz Kərimovaya ünvanladıq.
MÖVZU İLƏ BAĞLI:
Son 3 gündə 3 intihar – “Özünü xilas etmək istəməyən insan heç kimi xilas edə bilməz” - PSİXOLOQ
Psixoloq bildirir ki, “İntihar çıxış yolu deyil, psixoloji zəiflikdir. İntihar anlıq baş verir. Yəni bir an içərisində insan şüuru donur və tək çarəni özünə qəsd edib “canını qurtarmaq” da görür.
Nəzərə alsaq ki, çox zaman intihar edən şəxsin yaxınları “Hər şey qaydasında idi, heç bir problemi yox idi” kimi ifadələr işlədirlər.
Digər əsas səbəblər biri isə ağır depressiyadır. Mütləq şəkildə depressiya ilə mübarizə aparmaq lazımdır. Bir sözlə, insan qarşılaşacağı hər bir çətinliyə hazır olmalıdır. Bu həyatın reallığıdır. Yəni problemli sitiuasiyalarda çıxış yolunu intiharda görmək lazım deyil.
Məsələn, sevdiyiniz insanla münasibətləriniz yolunda getmirsə, problem yaşanırsa, həyatınız əvəzinə, sevgilinizi dəyişin. Bu o deməkdir ki, siz hələ də düzgün insanı tapmamısız. Əgər ağır iş qrafiki sizi yorursa, o zaman işinizi dəyişin”.
Psixoloq A.Kərimova onu da qeyd edib ki, “Onları bu yola çıxmağa məcbur edən səbəblər- yaxın insanlarla bağlı itkilər, maddi çətinliklər, işsizlik, özünü günahkar hiss etmək, məcburiyyət qarşısında yalan danışmaq, şantaj və s kimi problemlər də ola bilər.
Hər kəs bilməlidir ki, insan müsbət enerjisini ortaya qoyaraq, yəni həyata ümidlə baxaraq , hər şeyin yaxşı olacağına inanmalıdır.Mənfi düşüncələrdən, neqativ enerji ötürən insanlardan uzaq olmağı bacarmalıdır.
Bir sözlə, intihar sənin baş verən müharibəndə mübarizədən qaçış yolundur. Bu müharibədə qələbinin yolu isə pozitivə köklənməkdir”.
Son olaraq, intihara meyilli insanlara səslənərək vurğulamaq istəyirəm ki, çox qısa olan həyatımızı problemlərimizə, zəif psixologiyamıza qurban verməyək. Unutmayaq ki, intihar bir cəsarət deyil, zəiflikdir.
Bir iplə intiharda edə bilərsən, yelləncək də qura bilərsən . Həyatının ipləri sənin əlindədir.
Gül Qədirli, Bizim.Media