Təhsil Naziri Emin Əmrullayev ünvanlı sosial yardım alan, əlilliyi olan, valideynləri işsiz olan tələbələrin təhsil haqqlarının ödənildiyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə o, “Facebook”da sualları cavablandırarkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Universitetlərin əyani təhsilə keçirilməsi ilə bağlı – RƏSMİ AÇIQLAMA
“Ölkə başçısının tapşırığı illə ötən iki semestr ərzində sosial cəhətdən həssas təbəqəyə aid olan tələbələrin təhsil haqqı ödənilib.
Ümumilikdə təxminən 15 minə yaxın peşə, orta ixtisas və ali təhsil alan tələbələrin təhsil haqqı ödənilib.
Təbii ki, növbəti semestrda situasiyadan asılı olaraq bu məsələ müzakirə edilə bilər. Hər hansı qərar olarsa Təhsil Nazirliyi bundan irəli gələn məsələni icra edə bilər”.
Bizim.Media