BMT Rusiyanı daha bir beynəlxalq təşkilatda blokladı — Ukraynanı isə azərbaycanlı diplomat təmsil edir - FOTO

Hazırda oxunan: BMT Rusiyanı daha bir beynəlxalq təşkilatda blokladı — Ukraynanı isə azərbaycanlı diplomat təmsil edir - FOTO

102594

Cenevrədə BMT Baş Məclisinin orqanı olan BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının Beynəlxalq Mühasibat Uçotu və Hesabat Standartları üzrə Ekspertlərin Hökumətlərarası İşçi Qrupunun 39-cu sessiyası işə başlayıb.

Bizim.Media xəbər verir ki, BMT-nin Cenevrə ofisində noyabrın 3-dək davam edəcək toplantıda 50-dən çox ölkə və 15-dək beynəlxalq təşkilat nümayəndələri iştirak edir. Beynəlxalq tədbirdə Azərbaycandan nümayəndə iştirak etməsə də, qardaş Türkiyədən mütəxəssislər iştirak edir. 

UNCTAD-ın əsas vəzifələri beynəlxalq ticarətin inkişafına kömək etmək, dövlətlər arasında bərabər, qarşılıqlı faydalı əməkdaşlıq, müasir beynəlxalq iqtisadi münasibətlərin işləməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati və hüquqi şərtlərin və mexanizmlərin hazırlanması, BMT-nin digər qurumlarının iqtisadi əlaqələrin iqtisadi inkişafı və beynəlxalq ticarətin təşviqi sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsində iştirakdır.


İcra orqanı, fəaliyyətlərin ümumi razılaşdırılmış prioritetlərlə uyğunlaşdırılmasından məsul olan Ticarət və İnkişaf Şurasıdır. UNCTAD katibliyi üzv dövlətlərin hökumətləri ilə əməkdaşlıq edir, BMT təşkilatları və regional komissiyalarla qarşılıqlı fəaliyyət göstərir.

Sözügedən tədbirdə Azərbaycanın tanınmış diplomatı, hazırda Ukraynanın maliyyə nazirinin müşaviri olan Azər Xudiyev də iştirak edir. O, Ukrayna dövlətini sözügedən beynəlxalq tədbirdə təmsil edir. 

Sessiyada Azər Xudiyev tərəfindən Ukrayna hökümətinin hazırladığı “Fövqəladə hallarda dövlət sektoru subyektlərinin hesabatlarının islahatına konseptual yanaşmalar” adlı analitik sənəd də müzakirəyə çıxarılacaq. 

Sessiyada Ukraynaya dəstək olaraq, hesabat qərarının qəbul edilməsi gözlənilir. 


Ukraynanın maliyyə nazirinin Azərbaycanlı müşaviri Azər Xudiyev Demokrat.az-a açıqlamasında bildirib ki, sözügedən tədbir Ukrayna üçün ciddi əhəmiyyətə malikdir:

"Milyonlarla ukraynalı kimi, mən də Ukraynanın ədalətli qələbəsinə tam inanıram, yaxın zamanlarda Ukrayna xalqının firavan gələcəyinə ümid edirəm. Qələbə bizimlə olacaq. Başqa cür də ola bilməz. Yaşasın Ukrayna-Azərbaycan dostluğu!".


Qeyd edək ki, sözügedən iclasa ilk dəfə olaraq Rusiya heç bir formatda dəvət edilməyib. 

Xatırladaq ki, BMT‐nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatı 1964-cü ildə təsis edilib. UNCTAD-ın mərkəzi Cenevrədə yerləşir. Bu gün konfrans 195 ölkəni əhatə edir. UNCTAD qərarları qətnamə şəklində qəbul edilir.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin