“Ağdam və Füzuli şəhərlərinin baş planları hazırdır, Hadrut, Suqovuşan, Talış və Tuğun baş planlarının hazırlanması başa çatmaqdadır”.
Bizim.Media xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan Partiyası və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə post-konflikt quruculuğu modeli” mövzusunda Qələbənin ikinci ildönümü - Zəfər Gününə həsr olunmuş konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Emin Hüseynov deyib ki, azad olunmuş ərazilərdə 260-dan çox şəxs minaya düşərək həlak olub, yaralanıb:
“Bu gün azad olunmuş ərazilərdə 9 magistral avtomobil yolu, 2 dəmir yolu tikilir. Yaxın vaxtlarda İmarət kompleksində bərpa işlərinə, o cümlədən Ağdam və Füzulidə meşə parklarının layihələndirilməsinə başlanılıb”.
O vurğulayıb ki, tezliklə Ağdam və Füzulidə iki mərkəzi xəstəxanın tikintisinə başlanılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:52 / 03.11.2022
Qarabağda meşə parklarının layihələndirilməsinə başlanıldı
Hazırda oxunan: Qarabağda meşə parklarının layihələndirilməsinə başlanıldı
Hazırda oxunan: Qarabağda meşə parklarının layihələndirilməsinə başlanıldı
102580
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.