İngiltərədə ərzaq bahalaşması keçən ay rekord həddə çataraq 11,6%-ə çatıb, hətta çay, süd və şəkər kimi əsas mallar da bahalaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Independent" nəşri yazıb.
Yazıda ekspertlərdən sitat gətirilərək qeyd olunub ki, pərakəndə satıcılar xammal və elektrik enerjisinin bahalaşması səbəbindən istehsal xərclərinin artması ilə üzləşirlər.
Məlumata görə, ümumilikdə mağazalarda qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% bahalaşıb.
Britaniya Pərakəndə Konsorsiumu (BRC) və Nielsen Pərakəndə Qiymət İndeksinə görə, ərzaq bahalaşması sentyabrın 10,6%-ni, eləcə də üç aylıq ortalama 9,7%-i üstələyib. Belə ki, sentyabrda ərzaqlar 12,1% bahalaşıbsa, oktyabr ayında qiymətlərdə 13,3% artım var.
Digər malların bahalaşması isə 3,3%-dən 4,1%-ə yüksəlib.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
23:51 / 02.11.2022
İngiltərədə inflyasiya rekord həddə çatıb - Bahalaşma sürətlə davam edir
Hazırda oxunan: İngiltərədə inflyasiya rekord həddə çatıb - Bahalaşma sürətlə davam edir
Hazırda oxunan: İngiltərədə inflyasiya rekord həddə çatıb - Bahalaşma sürətlə davam edir
102528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.