Ermənistan İordaniyadan sifariş edilən silahları ala bilmədiyi üçün ölkədən cərimə tələb edir.
Bizim.Media xəbər verir ki, Müdafiə nazirinin müavini Karen Brutyanın imzaladığı məktub Ermənistan Maliyyə Nazirliyinin saytında yer alıb.
Pozuntunu nəzərə alaraq, nazirlik birtərəfli qaydada müqaviləyə xitam verib.
“İordaniya şirkəti Ermənistana təxminən 58 min dollar cərimə ödəməlidir”,-deyə məlumatda qeyd edilib.
Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi və İordaniyaya məxsus Jadara Equipment & Defense Systems Co arasında müqavilə 6 avqust 2021-ci ildə bağlanıb və həmin il ərzində müqavilə şərtlərinə görə silahlar alınmalı idi.
Nazirlik dəqiq hansı silahların sifariş edildiyini açıqlamasa da, şirkət Rusiyanın RPG-32 bazasında “Nashab” tank əleyhinə qumbaraatanları və Ukraynanın “Korsar”ı əsasında istehsal edilən “Terminator FM” tank əleyhinə raket komplekslərini istehsal edir.
Bizim.Media
- A-
- A
- A+
Region
19:02 / 02.11.2022
Ermənistan SİLAHSIZ QALDI – Bu ölkə də ona silah satmadı
Hazırda oxunan: Ermənistan SİLAHSIZ QALDI – Bu ölkə də ona silah satmadı
Hazırda oxunan: Ermənistan SİLAHSIZ QALDI – Bu ölkə də ona silah satmadı
102502
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.