"Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”.
Bizim.Media xəbər verir ki, bunu report.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.
Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər bunlar nəzərə alınaraq, həmin ərazidən nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:38 / 02.11.2022
DYP-dən sürücülərə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən sürücülərə MÜRACİƏT
102437
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.