Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Qarabağ müharibəsi iştirakçısı Kənan Məmmədovu evində ziyarət ediblər.
Bizim.Media-ya nazirlikdən verilən məlumata görə, qurumun əməkdaşları Kənan Məmədovun ailəsinin yaşayış şərati ilə tanış olublar.
Baş nəfərdən ibarət olan ailənin ehtiyaclarının qarşılanması üçün lazımi addımların atılacağı bildirilib.
Qeyd edilib ki, qazinin əlilliyinin qiymətləndirilməsi üçün müvafiq müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində mərkəz ona öz dəstəyini göstərəcək.
Həmçinin qazinin həyat yoldaşının məşğulluğunun təminatına köməklik ediləcək.
Bizim.Media