Paşinyan Xankəndidəki mitinqdən təşvişə düşdü - Vardanyan özünə "komanda" yığır

Hazırda oxunan: Paşinyan Xankəndidəki mitinqdən təşvişə düşdü - Vardanyan özünə "komanda" yığır

102385

Oktyabrın 30-da Rusiya sülhməramlılarının Xankəndidəki komandanlığının Soçidə üçtərəfli danışıqlar ərəfəsində təşkil etdiyi aksiya Ermənistanın baş naziri Nikol Paşinyanı ciddi təşvişə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ermənistanın “Past” qəzetində yer alıb.

Mənbə yazır ki, Xankəndindəki etiraz aksiyasından sonra Paşinyan tərəfdarlarını hökumətin bağ evinə toplayıb.

Baş nazir görüşdə qeyd edib ki, Qarabağda baş verənlər onun təbliğ etdiyi “sülh prosesi” ilə ziddiyyət təşkil edir. O, etiraz dalğasının yumşaldılması üçün informasiya sahəsində mütəşəkkil addımların atılmasının vacibliyini vurğulayıb. 

Nəticədə sosial şəbəkələr iki gündür ki, Qarabağdakı qondarma rejimi gözdən salan və rəsmi İrəvanın hərəkətlərini dəstəkləyən yazılar dərc edir.  
Xatırladaq ki, Ermənistanın epress.am saytı Xankəndindəki aksiyanın Rusiya sülhməramlılarının komandanı, general Arkadi Volkov tərəfindən təşkil edildiyini yazır. 

Mənbənin iddiasına görə, Volkov ermənilərə xəbərdarlıq edib ki, İrəvan sülh müqaviləsinin “Rusiya variantını” qəbul etməsə, sülhməramlılar Qarabağı tərk edəcəklər. Mitinqdə çıxış edənlər isə “Heç bir sülh sənədini qəbul etməyəcəyik,  Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayacağıq” deyərək Rusiyadan kömək istəyiblər. 

Maraqlıdır ki, əsas missiyasının “Qarabağı xilas etmək” olduğunu bildirən milyarder Ruben Vardanyan Xankəndindəki aksiyada iştirak etməyib. 

Rusiya vətəndaşlığından imtina edən milyarder Qarabağda məskunlaşıb və bir neçə gündən sonra Xankəndində qondarma “hökumət”ə başçılıq etməyə hazırlaşır. İrəvandan gələn xəbərlərə görə, Vardanyan hazırda "komanda"sını formalaşdırmaqla məşğuldur.

Bu arada erməni mediası Xankəndində konkret kimin söz sahibi olacağını proqnozlaşdırmağa çalışır. 
Bildirilir ki, Vardanyan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə sosial-iqtisadi sahəyə, Arayik Arutyunyan isə “güc strukturları”na nəzarət edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin