Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində noyabrın 1-də əməliyyat keçirdiyi zaman nazir Anar Kərimov iş yerində olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Unikal.az” məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirir — Saxlanılanlar arasında rəhbər şəxslər var
Bildirilib ki, A.Kərimov DTX-nin əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.
O bildirib ki, nazir hazırda iş başındadır.
Bizim.Media