Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev iki ölkənin münasibətlərinin strateji tərəfdaşlığa əsaslandığını vurğulayıb.
Bu il Azərbaycan və Rumıniyanın diplomatik münasibətlərinin qurulmasından 30 il ötdüyünü qeyd edən nazir 2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin, ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədinin əlaqələrimizin genişlənməsinə zəmin yaratdığını diqqətə çatdırıb.
O, Azərbaycan və Rumıniya arasında ticarət dövriyyəsində bu ilin yanvar-avqust aylarında da 76,45 faiz artım olduğunu, Azərbaycan və Rumıniya Hökumətləri arasında Birgə Komissiyanın fəaliyyətini, Komissiyanın bu ilin iyun ayında Bakıda 6-cı iclasının keçirildiyini qeyd edib.
M.K.Budey Azərbaycana səfərindən məmnunluğunu və ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini, sosial sahədə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün səylərini artırmaqda olduqlarını, bu sahədə bilik və qabaqcıl təcrübələrin mübadiləsinə maraq göstərdiklərini vurğulayıb.
Görüşün yekunu olaraq S.Babayev və M.K.Budey 2023-2024-ci illər üzrə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq istiqamətlərini müəyyən edən Fəaliyyət Planını imzalayıblar.
Sənəddə DOST mərkəzləri modelinin Rumıniyada tətbiqi perspektivinin dəyərləndirilməsi üçün ekspertlərdən ibarət birgə işçi qrupun yaradılması və fəaliyyətinin təşkili də yer alır.
Fəaliyyət planında həmçinin əmək bazarının monitorinqi və proqnozlaşdırılması, aktiv məşğulluq proqramları, əmək müfəttişlərinin peşəkarlığının artırılması, qeyri-formal məşğulluğun qarşısının alınması, pensiya təminatı və sosial müavinətlər, sosial xidmətlər, əlillik və reabilitasiya, digər sahələrdə bilik və qabaqcıl təcrübələrin mübadiləsi çərçivəsində ikitərəfli məsləhətləşmələrin aparılması nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:15 / 01.11.2022
Azərbaycan və Rumıniya arasında Fəaliyyət Planı imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycan və Rumıniya arasında Fəaliyyət Planı imzalandı - FOTO
Hazırda oxunan: Azərbaycan və Rumıniya arasında Fəaliyyət Planı imzalandı - FOTO
102327
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.