Cənubi Koreyada qrip peyvəndindən 13 nəfər öldü

Hazırda oxunan: Cənubi Koreyada qrip peyvəndindən 13 nəfər öldü

1023

Cənubi Koreyada məcburi qrip peyvəndindən sonra 13 nəfər ölüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə  ölkənin Səhiyyə və Sosial Rifah Nazirliyi məlumat yayıb.

İlk ölüm hadisəsi  16 oktyabrda İnçxon şəhərində qeydə alınıb. 17 yaşlı məktəbli vaksinlərdən bir müddət sonra vəfat edib. Onun ardınca Seulda, Kenqido qəsəbəsində və digər bölgələrdə oxşar hadisələr baş verib.

Qeyd edilir ki, ölənlərin əksəriyyəti yaşlı insanlardır.

Həkimlər bildiriblər ki, ən azı altı hadisədə istintaq peyvəndlə insanların ölümü arasında birbaşa əlaqəni aşkar etməyib. Ən çox görülən yan təsirlərdən olan anafilaktik şok ehtimalı üçün də testlər mənfi nəticə verib. Eyni zamanda, peyvəndlərdə heç bir zəhərli maddə tapılmayıb.

Bu baxımdan, ölkənin Səhiyyə Nazirliyi COVİD-19 pandemiyası fonunda bu il məcburi olan qrip peyvəndinin dayandırılması üçün bir səbəb olmadığını düşünür.

Cənubi Koreyada qrip peyvəndindən 13 nəfər öldü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin