Lukaşenko İlham Əliyevin niyə müharibəyə başladığını açıqladı - VİDEO 

Hazırda oxunan: Lukaşenko İlham Əliyevin niyə müharibəyə başladığını açıqladı - VİDEO 

102255

“Qarabağ ətrafında yaranmış vəziyyətə görə Azərbaycanı küncə sıxışdırmışdılar, ona müharibəyə başlamaqdan başqa çarə buraxmadılar”.

Bizim.Media BELTA agentliyinə istinadən xəbər verir ki, bu fikirləri noyabrın 1-də KTMT-nin baş katibi Stanislav Zas ilə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko səsləndirib.

Görüş zamanı Belarus lideri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və Belarusun niyə kəskin reaksiya verdiyinin səbəbini açıqlayıb.

“Bir vaxtlar biz yenidən KTMT-yə sədrlik edəndə bu məsələni qaldırmışdım. Mən Azərbaycan Prezidenti İlham Əliyevin yanına getdim və onunla dostcasına söhbət etdim. Sarafatla belə sual verdim: “İlham Heydəroviç, razılaşsanız, Ermənistana kömək etmək lazımdır”. Söhbət təxminən Azərbaycanın beş-altı rayonundan gedirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Lukaşenko Ermənistanı ittiham etdi: “ATƏT-i, KTMT-ni bölgəyə niyə gətirir?” - VİDEO


Hansı ki, ermənilər ələ keçirmişdilər. Ermənilər də etiraf edirdilər ki, “bura bizim deyil, Azərbaycanındır”. Onda geri qaytarın! Həmin vaxt bunu ermənilərə təklif etdim, razılaşmadılar. O ərazilər geri qaytarılsaydı, müharibə olmazdı.

İlhamın bu müharibəyə başlamaq üçün heç bir motivasiyası olmazdı. Rayonları qaytarsaydılar, Qarabağın statusu da qalardı. Hər şeyə sakit rejimdə qərar verəcəkdilər. Amma nə Serj Sarkisyan, nə də Nikol Paşinyan razılaşmadı. Bu məsələni iki dəfə qaldırdım”.

Belarus lideri İlham Əliyevə etdiyi təklifdən də söz açıb:

“Dedim ki, münaqişə həll olunacağı təqdirdə Ermənistana sərmayə yatırmaq barədə düşünsün. Qoy nəhayət, iki xalq barışsın”.

Lukaşenko hesab edir ki, İlham Əliyevin güc tətbiq etməkdən başqa çarəsi yox idi.

“Bunu uzatmaq olmazdı, bir milyondan çox qaçqın var idi. Məsələ bundadır. Mən siyasətdə təcrübəli insan kimi bütün bunların üstündən keçirəm... Yaxşı, indi oyun oynamağın nə mənası var? Nəhayət, razılaşın, barışın. Bu işdə yeni bir şey icad etməyə ehtiyac yoxdur ... Mənə deyirlər ki, haradasa dağlarda, sərhədi bölürlər. Danışın, qoy Naxçıvana ki, sərbəst keçid olsun.
Bu gün Qarabağ məsələsi həll olunub. Rusiya orada bu prosesi təmin edir. İndi niyə bir-birinizi öldürürsünüz? Demək olar ki, 300 nəfər həlak olub. Daha nə düşünürsünüz? Sakitləşib razılaşmaq lazımdır. Mənim mövqeyim belədir. Bu baxımdan çox sərt reaksiya verirəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin