Qarabağda atəşkəsə nəzarət üçün PUA-lara üstünlük veriləcək - Hərbi ekspertdən detallar…

Hazırda oxunan: Qarabağda atəşkəsə nəzarət üçün PUA-lara üstünlük veriləcək - Hərbi ekspertdən detallar…

10223

"Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Rusiya-Türkiyə Monitorinq Mərkəzi bu gündən etibarən Ağdam rayonunda fəaliyyətə başlayır. Monitorinq Mərkəzində atəşkəs rejiminə nəzarət üçün pilotsuz uçan aparatların istifadəsinə üstünlük veriləcək"

Bu fikirləri Bizim.Media-ya açıqlayan hərbi ekspert Ədalət Verdiyev Türkiyənin Müdafiə naziri Hulusi Akarın verdiyi məlumata da toxundu.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Kərkini tərk edir? – Ekspertdən açıqlama


Hərbi ekspert bildirdi ki, mərkəzin işində bir türk generalı və 35 türk zabiti iştirak edəcək.

"Hər iki tərəfdən cəlb olunacaq heyətlərin sayı eyni olacaq. Monitorinq Mərkəzinin tərkibinə daxil olan hərbi qulluqçular bu monitorinq mərkəzinin təyinatı, fəaliyyətinin təşkili ardıcıllığı, funksiyaları, onun strukturu ilə bağlı bəlli bir treninqlərdən keçiblər.

Hərbi ekspertin fikrincə, Monitorinq Mərkəzinin açılışının ləngiməsində əsas səbəblərdən biri də bu idi.

"Açılışa hazırlıq dövründə Ağdam rayonu ərazisində mərkəzin birgə fəaliyyətinin həyata keçirilməsi naminə yaşayış və iş üçün bir mərkəz də inşa edildi."

Rusiyanın informasiya mənbələrində Monitorinq Mərkəzində xidmət göstərəcək şəxslərin sayı fərqlidir. Belə ki,

"Rusiya mənbələrində Monitoriq Mərkəzinə Moskva və Ankaradan 60 nəfərin qatılacağı bildirilirdi. Rəqəmlərdə 24 nəfərlik fərq görünür. Ola bilsin ki bu, müvafiq mərkəzdə xidmət göstərəcək, lakin hərbçi olmayan personalın sayı ilə əlaqədardır.

Bilirsiniz ki, Monitorinq Mərkəzində yalnız zabitlər deyil, xidməti heyət, məsələn sürücülər, mühafizə, təminatla məşğul olan digər şəxslərlə birlikdə, toplam 120 nəfərin ola biləcəyi barədə məlumat verilib.

İstənilən halda mərkəzin fəaliyyəti həm sülhməramlıların öz funksiyalarının yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşmalarına, həm də hər iki münaqişə tərəfinin atəşkəs razılaşmasına riayət etməsinə ciddi nəzarəti təmin edəcək",- deyə Ədalət Verdiyev fikrini tamamladı.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin