Niderland hökumətinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi təkcə Avropa həmrəyliyini pozmur, həm də Ukraynanın azadlıq və suverenlik uğrunda mübarizəsinə mane olur.
Bizim.Media xəbər verir ki, bunu Polşanın Baş naziri Mateus Moraviyeski "TVP İnfo" telekanalına müsahibəsində bildirib.
Baş nazir qeyd edib ki, Niderland hökumətinin Avropa İttifaqının (Aİ) Rusiya əleyhinə sanksiyalarına əməl etməməsi qanunun aliliyini pozur. Onun sözlərinə görə, fevralın 24-dən Niderland hökuməti Rusiyaya qarşı tətbiq edilən sanksiyalara 91 imtina verib.
Baş nazir iddia edib ki, Niderland şirkətləri öz qabaqcıl texnologiyalarını Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli qurumlara satırlar.
Onun fikrincə, bunu şüursuz şəkildə edirlər.
"Bu yolla yüksək texnologiyalar sektoru Ukrayna münaqişəsi zamanı Rusiyaya kor-koranə kömək etmiş olur" deyə Baş nazir bildirib.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:51 / 01.11.2022
Niderland Rusiyaya qarşı sanksiyalara niyə qoşulmur?
Hazırda oxunan: Niderland Rusiyaya qarşı sanksiyalara niyə qoşulmur?
Hazırda oxunan: Niderland Rusiyaya qarşı sanksiyalara niyə qoşulmur?
102224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.