Ağamirzə Məmmədov: “Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur” - ÖZƏL

Hazırda oxunan: Ağamirzə Məmmədov: “Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur” - ÖZƏL

102184

“İki gün əvvəl Ağakərimin yanında idim. O, artıq uzun müddətdir ki, evdə uzanıqlı vəziyyətdə qalıb. 10 dəfə salam verdim, ancaq üzümə baxır”.

Bu sözləri meyxanaçı Ağamirzə Məmmədov Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Söz xiridarı 58 yaşlı həmkarı Kərim Novruzovun (Ağakərim) səhhətində heç bir irəliləyişin olmadığını və danışıq qabilliyyətinin itirdiyini açıqlayıb.

“Bəzi dərmanlar qəbul etmişdi, danışa bilmirdi. Dedilər ki, 3-4 saatdan sonra dərmanın təsiri gedəcək və o, danışacaq. Lakin danışmadı, indi də danışa bilmir. Ağakərimin yanında olanda o yalnız diqqətlə gözlərimin içinə baxırdı. Hiss edirəm ki, məni tanıyır. Həkimlər deyirlər ki, Ağakərimin çarəsi yoxdur. Nə qədər yaşadı yaşadı”.
Qeyd edək ki, 2017-ci ildə Ağakərimin beyninə qan sızıb. Meyxanaçı ötən ilin dekabırında ikinci dəfə insult keçirib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin