Narkotik alverində ittiham olunan qadına BƏRAƏT VERİLDİ

Hazırda oxunan: Narkotik alverində ittiham olunan qadına BƏRAƏT VERİLDİ

102170

Bakıda narkotik alverində ittiham olunan Səadət Sadıqovanın cinayət işinə baxılıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.

Səadət Sadıqovanın apellyasiya şikayəti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Onun barəsində bəraətverici hökm çıxarılıb. 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Sadıqovanın barəsində 8 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilmişdi.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan olunub. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin