Rusiyanın Böyük Britaniyadakı səfirliyi Bakterioloji (bioloji) və toksinlərin hazırlanması, istehsalı və ehtiyatının yığılmasının qadağan edilməsi haqqında Konvensiyanın ABŞ tərəfindən pozulması ilə bağlı beynəlxalq araşdırmanın başlanmasına mane olan Londonun mövqeyindən narahatlığını bildirib.
Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin bazar ertəsi yaydığı məlumatda bildirilib.
“Böyük Britaniyanın mövqeyi Vaşinqton və Kiyevin BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Ukrayna ərazisində hərbi bioloji fəaliyyəti ilə bağlı beynəlxalq təhqiqat mexanizminin işə salınmasına dair qərarın qəbuluna mane olmaq cəhdlərini dəstəkləyir.
Bu, isə arahatlıq doğuran bir məsələdir. Biz Böyük Britaniya hökumətini kor-koranə ABŞ-a tabe olmağı dayandırmağa və hüquqi çərçivədə araşdırmanı başlamağa çağırırıq"- deyə səfirlikdən əlavə edilib.
Elvira Murad, Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:32 / 31.10.2022
Rusiya ilə Britaniya hökuməti arasında niyə narazılıq yaranıb?
Hazırda oxunan: Rusiya ilə Britaniya hökuməti arasında niyə narazılıq yaranıb?
Hazırda oxunan: Rusiya ilə Britaniya hökuməti arasında niyə narazılıq yaranıb?
102139
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.