Bu dövrə qədər dünya ölkələrinin neftə tələbatı artacaq - Təfərrüat 

Hazırda oxunan: Bu dövrə qədər dünya ölkələrinin neftə tələbatı artacaq - Təfərrüat 

102123

Qlobal neft tələbatı 2045-ci ilə qədər 2021-ci il səviyyələri ilə müqayisədə gündə 13 milyon barel artaraq 110 milyon barel ola bilər. 

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə OPEC və World Oil Outlook (WOO) təşkilatının yaydığı birgə proqnoz tipli hesabatda qeyd edilib.  

Hesabata əsasən, tələbin əsas artımı 2025-ci ilə qədər baş verəcək. Belə ki, təşkilatların proqnozuna görə, 2025-ci ilə qədər neftə tələbatın illik artımı təqribən 2,1 milyon barel olacaq, 2025-2030-cu illər arasında 0,6 milyon barelə qədər azalacaq, 2030-2035-ci illərdə isə daha çox olacaq.  

"Proqnozlar dünya səviyyəsində neftə tələbatın kifayət qədər uzun dövrünü göstərir", - deyə hesabatda qeyd edilib.  

Hesabatda bildirilib ki, bəzi ölkələrdə neftə olan tələbat 2024-cü ildən sonra azalmağa başlayacaq, qeyri-OPEC ölkələri isə genişlənən orta sinif, yüksək əhali artımı və güclü iqtisadi artım potensialı sayəsində tələb artımını təmin edəcək. Qeyri-OPEC ölkələri də qlobal enerji tələbatının artımını təmin edəcək ki, bu da 2021-ci il ilə müqayisədə 2045-ci ilə qədər 23% ola bilər.  
Hesabatda həmçinin, bu ölkələrin enerji tələbatını sutkada 69 milyon barel artıracağı da qeyd edilib. 2045-ci ilə qədər, artımın 28%-i təkcə Hindistan üçün nəzərdə tutulub. Belə ki, Hindistan sözügedən dövrə qədər neft idxalını kəskin artıracaq.  

Elvira Murad, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin