Falqada yemək bişirmək təhlükəlidir – DİQQƏT!

Hazırda oxunan: Falqada yemək bişirmək təhlükəlidir – DİQQƏT!

10212

Alüminium falqada yemək bişirmək və qızdırmaq daha tez başa gəlir.

Bəs bu sağlamlığımız üçün təhlükəlidirmi?

Bizim.Media “Reader Digest” saytına istinadən xəbər verir ki, şirniyyatların, saqqızların və s. qidaların saxlanılmasında və yemək hazırlanmasında falqanın istifadəsi son 100 ilə təsadüf edir.

Ekspertlər xəbər verir ki, bu məhsul insan həyatı üçün ciddi təhlükədir.

Araşdırmalara görə, falqa alzheimer xəstəliyinə (nevroloji xəstəlikdir, zaman keçdikcə beynin funksiyası pozulur.

Yaddaşda, ünsiyyətdə,qərar verməkdə, şəxsiyyətdə və ümumi idrakda çətinliklər yaradır) səbəb olur.

Beyin toxumalarına ciddi ziyan verir. Falqadan çox istifadə etmək hüceyrələrin böyüməsinin qarşısını alır. Xüsusilə də  sümük problemləri və böyrək çatışmazlığı olanlarda ciddi problemlər əmələ gətirir.

Almünium falqada yemək bişirilərkən  istilik metalın qidaya qarışmasına yol açır.

Vüqar Ağamalıoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin