Paşinyan sabah İrana gedir - Əməkdaşlığa dair sənədlər imzalanacaq

Hazırda oxunan: Paşinyan sabah İrana gedir - Əməkdaşlığa dair sənədlər imzalanacaq

102086

Ermənistanın Baş naziri Nikol Paşinyan sabah İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.

Bizim.Media erməni KİV-inə istinadən xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti ilə baş tutacaq.

Paşinyanın Səad-Abad mədəni-tarixi kompleksində İran prezidenti tərəfindən rəsmi şəkildə qarşılanacağı bildirilir.

İki ölkə liderlərinin danışıqlarından sonra yüksək səviyyəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək, Tehran və İrəvan hakimiyyətləri arasında əməkdaşlığa dair sənədlər imzalanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin