Xaricdə tibb təhsili alanların diplomları bu HALDA TANINACAQ

Hazırda oxunan: Xaricdə tibb təhsili alanların diplomları bu HALDA TANINACAQ

102061

Xaricdə rezidentura/ordinatura təhsili almış şəxslərin diplomunun tanınması ilə bağlı yaranan problemlərə aydınlıq gətirilib. 

Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev İstanbulda jurnalistlərə açıqlamasında bildirib ki, bu istiqamətdə xüsusi komissiya yaradılıb. 

“Həmin komissiya birbaşa Səhiyyə Nazirliyinin nəzarəti altındadır. Komissiya artıq işini bitirib.

Bir neçə günə sənəd qəbulu elan olunacaq. Müxtəlif ölkələrdən məzun olmuş həkim və mütəxəssislərimizin tədris planları qiymətləndirilib. Azərbaycanda qəbul olunmuş tədris standartlarına və proqramlarına uyğun olub-olmadığı müəyyənləşdirilib. Hazırlıq üçün bir aya yaxın vaxt veriləcək. Səhiyyə Nazirliyinin rəsmi saytında hər ixtisas üzrə sual toplusu dərc ediləcək və hazırlaşmağa kifayət qədər vaxt olacaq”, - nazir qeyd edib. 

Teymur Musayev vurğulayıb ki, ondan sonra vahid şəkildə imtahanlar keçiriləcək:

“İmtahanlardan keçən şəxslər həmçinin müəyyən mərhələləri də keçəcəklər. Onların detallarını indi tam açıqlamaq istəmirəm. Artıq bütün təkliflər hazırdır. Yəqin ki, bu həftə ərzində onlarla tanış olmaq mümkün olacaq”.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin