Quba Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən, Quba şəhəri yeni avtovağzalın qarşısında ona məxsus mopedini almaq istəyən, özünü Şükür kimi təqdim edən şəxsə mopedini yoxlamaq üçün verdiyini və sonuncunun mopedi sürüb getdiyini və geri qayıtmadığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini Şükür Quliyev saxlanılıb.
O, ifadəsində əməlini etiraf edib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media