Soçidə qüvvələr balansını təsdiq edən SƏNƏD İMZALANACAQ 

Hazırda oxunan: Soçidə qüvvələr balansını təsdiq edən SƏNƏD İMZALANACAQ 

102016

Xəbər verdiyimiz kimi, bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək və bu görüşdə üç məşhur üçtərəfli bəyanat, nəqliyyat-iqtisadi əlaqələr və kommunikasiyaların blokadadan çıxarılması məsələsi müzakirə olunacaq.

Bizim.Media “hraparak.am” saytına istinadən xəbər verir ki, ötən həftə Rusiyada dövlət başçısı səviyyəsində Qarabağ nizamlanmasına kifayət qədər böyük diqqət yetirilib. Putin bu barədə KTMT Şurasının növbədənkənar iclasında və Valday klubunda danışıb. 

Təbii ki, bütün bunları təsadüf saymaq olmaz. Rusiyanın ekspert dairələrində bununla bağlı bir sıra fikirlər səsləndirilir.

Məsələn, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Sergey Balsamov hesab edir ki, Moskvada Qarabağ münaqişənin yenidən alovlana biləcəyi qorxusu var və Moskva Bakı ilə İrəvanı barışdırmağa çalışır. 

“Ermənistanda hər iki ölkəni yeni müharibəyə sövq edəcək revanşistlər və xarici qüvvələr var. Bunun üçün təxribatlar da istisna edilmir. Bu, Moskvanın regiondakı nüfuzunu sarsıtmağa yönəlib və təbii ki, yeni müharibə Rusiyaya düşmən olan ölkələr üçün lazımdır”, deyə o, qeyd edib.

Ekspertin fikrincə, oktyabrın 31-də Soçidə İlham Əliyev və Paşinyan mövcud güc balansını əks etdirəcək sənəd imzalayacaqlar:

“Ola bilsin ki, gələcəkdə tərəflərdən biri müqavilələrə yenidən baxacaq. Ona görə də Cənubi Qafqazdakı vəziyyətin Rusiyanın diqqət mərkəzində olması zəruridir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin