İmran Xanın avtomobili qəza törətdi - Gənc jurnalist həyatını itirdi

Hazırda oxunan: İmran Xanın avtomobili qəza törətdi - Gənc jurnalist həyatını itirdi

102002

Pakistanın keçmiş Baş naziri İmran Xanın içərisində olduğu avtomobil qəza törədib. Sədəf Naim adlı jurnalist ölkənin keçmiş Baş naziri İmran Xanın içərisində olduğu avtomobilin altında qalaraq həlak olub. 

Bizim.Media “The Express Tribune”a istinadən xəbər verir ki, insident Sadhok şəhərində baş verib. Gənc jurnalist Sədəf Naim İmran Xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən kütlə onu itələyib.

Nəticədə jurnalist İmran Xanın da içərisində olduğu nəqliyyat vasitəsinin altına yıxılaraq həlak olub. 

Bunun ardınca yürüş dayandırılıb. İmran Xan isə, öz növbəsində qadın jurnalistin ölümü ilə bağlı başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin