Bakıda anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin məhkəmə prosesi keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə Murad Niftizadə ifadə verib.
O bildirib ki, bacısı Elgünün fotosunu “Instagram”da görüb və onunla danışmaq üçün yaşadığı ünvana gedib:
“Anamın yaşadığı ünvanı tanımırdım. Bu səbəbdən zəng etdim, ondan ünvanı öyrəndim. Həmin ünvana yollandım. Binanın həyatində məni Fatma qarşıladı. Onunla birlikdə yuxarı, yaşadıqları mənzilə qalxdım. Həmin vaxt Elgün evdə yox idi. Fatma dedi ki, Elgün işdədir. Fatma məndən nə üçün gəldiyimi soruşdu. Ona Elgünlə söhbətim olduğunu dedim. Bacımı onun yanından aparmaq niyyətimi də dedim. Bu zaman Fatma məni söydü və evdən çıxmağımı tələb etdi.
Mən isə heç yerə getmədim. Bir az sonra Elgün gəldi. Bacıma dedim ki, səni aparmağa gəlmişəm. Dedim ki, səni bu həyatdan çıxaracam, gəl, mənimlə. Mənimlə yaşamaq istəmirsənsə, digər bacımla yaşa. Bu həyatı tərk elə. Bacım isə getmək istəmədi.
Bir neçə dəfə ona israrla mənimlə getməsini söylədim. Bu vaxt bacıma atasız böyüməyimizi xatırlatdım, başqa kimsəmizin olmadığını söylədim. Onu mənimlə getməsi üçün yola gətirmək istədim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, sonra bacısı mağazaya getmək üçün evdən çıxıb. Murad Niftizadə bildirib bu vaxt anası Elgünün onun bacısı olmadığını deyib:
“Fatma dedi ki, atan sağ olanda ona xəyanət etmişəm. Elgünlə də atadan bir qardaş-bacı deyilsiz, Elgünün atası başqa kişidir. Bu zaman başım dumanlandı. Bundan sonra Fatma məni bıçaqla vurmaq istədi. Onun əlindən bıçağı aldım, özünü vurdum. Fatmaya neçə bıçaq vurduğum yadımda qalmayıb. Həmin vaxt Elgün içəri girdi. Elgün qışqırmaq istədi. Onun da bıçaqla vurdum”.
Təqsirləndirilən şəxs deyib ki, hadisədən əvvəl bacısı Elgünün kafedə çəkilmiş şəkilini sosial şəbəkədə paylaşdığını görüb:
“Elgün həmin fotoda oğlanla birlikdə idi. Mən heç vaxt Elgünün işlədiyi kafedə olmamışam. Bu səbəbdən həmin şəkli paylaşmamasını ona demişdim. Bildirdim ki, ayıbdır, belə fotoları paylaşma, kənddə görürlər. Amma o bu iradımı qəbul etmədi”.
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb. M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib.
M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:26 / 31.10.2022
Bakıda ana və qızının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT
Hazırda oxunan: Bakıda ana və qızının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT
Hazırda oxunan: Bakıda ana və qızının qətli ilə bağlı ŞOK TƏFƏRRÜAT
102000
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.