Mübahisə zəminində bıçaqlanan Qax sakini əməliyyat olunub. Hadisəni törədən şəxs axtarışa verilib.
Bu barədə informasiya Bizim.Media-ya yerli mənbələrdən daxil olub. 
İlkin məlumata görə, bıçaqlanma hadisəsi Qax şəhər ərazisində qeydə alınıb. Belə ki, Qaxbaş kənd sakini 40 yaşlı Ruslan Mustafayev gecə saatlarında rayon mərkəzi xəstəxanasına daxil olub.
Həkimlər onda qarın boşluğunun kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarətləri aşkarlayıb. Pasiyentin vəziyyətinin getdikcə ağırlaşdığını nəzərə alan həkimlər onu əməliyyat edərək reanimasiya şöbəsinə yerləşdirib. 
Hadisədən sonra  rayon polis şöbəsində əməliyyat qrupu yaradılıb. Ruslan Mustafayevə bıçaq xəsarətləri yetirənin Vüqar adlı şəxs  olduğu müəyyən olunaraq əməliyyat-axtarış tədbirlərinə başlanııb. Hadisəni törədən şəxsin tapılaraq istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir. 
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

- A-
 - A
 - A+
 
Cəmiyyət
							10:39 / 31.10.2022
							
						Qaxda 40 yaşlı kişini bıçaqlayan şəxs axtarışa verildi
						
							
								Hazırda oxunan: Qaxda 40 yaşlı kişini bıçaqlayan şəxs axtarışa verildi							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Qaxda 40 yaşlı kişini bıçaqlayan şəxs axtarışa verildi							
						101987
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































