Goranboyda kişi həyat yoldaşını niyə öldürüb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Goranboyda kişi həyat yoldaşını niyə öldürüb? – RƏSMİ AÇIQLAMA

101976

Oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə Goranboy  rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin