Türkiyəli səyyahlar Ağalı kəndində - FOTO

Hazırda oxunan: Türkiyəli səyyahlar Ağalı kəndində - FOTO

101964

Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir. Türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra bu gün Zəngilana səfər ediblər. Heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, Nomadmaniyanın qlobal reytinqinə görə, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Bizim.Media xəbər verir ki, gəzəgənlər gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verib. Trend.az-ın məlumatına görə, qonaqların Zəngilandan sonra Cəbrayıl rayon Xudafərin kəndinə getməsi planlaşdırılır.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin