Qobustanda iki gün ard-arda zəlzələ baş verib. Onlardan biri bəzi həssas insanlar arasında hiss olunan dərəcədə olub. Bu, seysmik aktivliyin artmasının göstəricisidirmi? Ümumiyyətlə, Qobustan Bakıya yaxın rayonlardan biridir. Paytaxtda çoxmərtəbəli binaların sayının günü-gündən artdığını əsas götürərək, əhalinin təşvişə düşməsinə səbəb varmı?
Bizim.Media xəbər verir ki, bu gün səhər saat 08-08 radələrində Pirqulu stansiyasından 44 km cənubda, Qobustan rayonu ərazisində növbəti dəfə zəlzələ olub. Paytaxta bu qədər yaxın bir məsafədə iki gün ard-arda zəlzələnin baş verməsi narahatçılığa əsas yaradırmı?
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, dünən axşam baş verən zəlzələ bəzi sakinlər tərəfindən hiss edilsə də, bu gün səhər saatlarında baş verən zəlzələ ümumiyyətlə hiss olunmayıb.
Qurban Yetirmişli deyib ki, Azərbaycan seysmogen bölgədir. Ona görə də burda hər gün təkanların baş verməsi təbii haldır.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru qeyd edib ki, ölkədə yaxın zamanalar üçün dağıdıcı, katastrofik zəlzələ ehtimalı yoxdur.
Ətraflı Xəzər TV-nin süjetində:
Bizim.Media