Ermənistanda hansı variantın daha yaxşı olması ilə bağlı mübahisələr var: şərti Vaşinqton, yoxsa Rusiya. Amma qeyd etmək lazımdır ki, Azərbaycan üçün hazırda hansı sənədin - Vaşinqtonda, Brüsseldə, yoxsa Moskvada müzakirə olunduğu önəmli rol oynamır.
Azərbaycanın mövqeyi ən yüksək səviyyədə açıq şəkildə ifadə olunub:
Qarabağ erməniləri Azərbaycan dövlətinin tərkibində etnik azlıqdır və ermənilərə Azərbaycanın digər vətəndaşlarının malik olduğu bütün hüquqlar veriləcək.
Bizim.Media xəbər verir ki, diplomatik mənbələrdən caliber.az-a daxil olan məlumata görə, 15-ci abzasdakı Rusiya təklifləri gələcəkdə bədnam “status” mövzusunun müzakirəsinin mümkünlüyündən bəhs edir.
Bu arada Bakı diplomatik kanallar vasitəsilə artıq Rusiya tərəfinə bu bəndin müzakirəsinin tamamilə qəbuledilməzliyini və mümkünsüzlüyünü çatdırıb.
“Biz bunu nəzərdən keçirməyəcəyik. Bu, prinsipial mövqedir və çox aydın şəkildə Rusiya tərəfinə bildirilib”, - deyə etibarlı mənbələr qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
20:59 / 30.10.2022
Moskva Qarabağın “statusu”nu yenidən ortaya atıb - Bakı buna ”yox” deyib
Hazırda oxunan: Moskva Qarabağın “statusu”nu yenidən ortaya atıb - Bakı buna ”yox” deyib
Hazırda oxunan: Moskva Qarabağın “statusu”nu yenidən ortaya atıb - Bakı buna ”yox” deyib
101938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.