Türkiyəli səfir: “Hər zaman olduğu kimi, Azərbaycanın yanındayıq” - FOTO

Hazırda oxunan: Türkiyəli səfir: “Hər zaman olduğu kimi, Azərbaycanın yanındayıq” - FOTO

101928

Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli  səfiri Cavit Bağçının Qubada səfəri proqram üzrə davam edib. Aşağı Atuc kəndində "Quba Aqro" MMC  və "Cənnət" MMC-nin istehsal sahələri və nümunəvi alma  bağı ilə  tanışlıqdan sonra səfir Quba şəhərindəki Cümə məscidində günorta namazını qılıb.

Bizim.Media xəbər verir ki, nahar fasiləsi yekunlaşdıqdan sonra Cavit Bağçının başçılıq etdiyi nümayəndə heyəti və Quba RİH bsşçısı Ziyəddin Əliyev "Quba Soyqırımı" Memorial Kompleksində olub.

Burada 1918-ci ildə ermənilər tərəfindən kütləvi soyqırıma məruz qalan  dinc insanların xatirəsinə ucalmış abidə ziyarət edilib, Soyqırım Muzeyinə baxış keçirilib.
Türkiyəli diplomat Cavit Bağçı muzeyin xatirə kitabına aşağıdakı sözləri yazıb:

"Şuşa bəyannaməsinin şərtlərinə uyğun olaraq biz yenə də, hər zaman olduğu kimi, Azərbaycanın yanındayıq. Yaşasın Azərbaycan-Türkiyə  dostluğu-qardaşlığı!

Türkiyəli qonaqların Qubada son dayanacağı isə Quba şəhərindəki Azərbaycan -Türkiyə qardaşlıq  parkı olub.

Parka yenidən baş çəkən türkiyəli səfir bu parkı Azərbaycan-Türkiyə dostluğunun əyani nümunəsi hesab etdiyini deyib.

Qeyd edək ki, bölgələr üzrə ilk olan bu park Qubada ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günündə, 2021 il may ayının 10-da açılmışdı. Həmin vaxt açılış mərasimində türkiyəli diplomat  və nümayəndə heyəti iştirak etmişdi.
Türkiyənin Azərbaycandakı səfiri Cavit Bağçının Quba səfəri başa çatıb.

Bağçı gün ərzində göstərilən diqqət və qonaqpərvərliyə görə Quba RİH başçısı Ziyəddin Əliyevə minnətdarlığını bildirib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin