“Ölkəmiz barıt çəlləyinin üstündə oturub” - Erməni siyasətçi

Hazırda oxunan: “Ölkəmiz barıt çəlləyinin üstündə oturub” - Erməni siyasətçi

101900

“Ermənistan barut çəlləyinin üstündə oturub. Putinin çıxışı daha çox Qarabağla bağlı deyil, Ermənistanla bağlı idi. Nikolun hər şey haqqında əla təsəvvürü var, ancaq hakimiyyət orqanlarının 95%-i vəziyyəti başa düşmür. Bu isə tarixin gedişatını dəyişməyəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri “Alternativ layihələr” qrupunun üzvü, siyasətçi Vaqe Ovannisyan səsləndirib. 

“İnsanların böyük əksəriyyəti vəziyyəti başa düşmür. Bu normaldır, Ukrayna xalqı fevralın 23-nə qədər açıq mətnlərdə deyilənləri də başa düşməmişdi. İnsanlar adətən vəziyyəti başa düşmürlər. 10 milyondan çox insan mühacirət etdikdən sonra minlərlə yaşayış məntəqəsi, şəhərlər, ailələr, talelər dağılır.

Fəal müxalifətçilərin əhəmiyyətli bir hissəsi də vəziyyətin tam dərinliyini anlamır.

Bu səbəbdən “Biz Vaşinqton müqaviləsinin əleyhinəyik, Rusiyanın tərəfindəyik”, “Heç bir yol verməyəcəyik” ifadələrini işlədirlər. Sülh müqaviləsi şirniyyat qutusundakı ponçik deyil ki, mürəbbəni seçirsən, kremi yox. Daha ciddi olmalıyıq”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin