Paşinyanla Aİ-nin xüsusi nümayəndəsi Qarabağ barədə DANIŞIB 

Hazırda oxunan: Paşinyanla Aİ-nin xüsusi nümayəndəsi Qarabağ barədə DANIŞIB 

101813

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Bizim.Media “news.az” a istinadən xəbər verir ki, tərəflər Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədindəki fəaliyyətini müzakirə ediblər.

Aİ-nin xüsusi nümayəndəsi və Ermənistan hökumət başçısı regional nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələləri də müzakirə ediblər.
Görüş zamanı regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar və Qarabağ barədə fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin