“Tik-tok”da özünü polis kimi təqdim edən şəxsə XƏBƏRDARLIQ EDİLDİ

Hazırda oxunan: “Tik-tok”da özünü polis kimi təqdim edən şəxsə XƏBƏRDARLIQ EDİLDİ

101800

Bu günlərdə “Tik-tok” sosial şəbəkəsində özünü polis əməkdaşı kimi təqdim edən şəxsin bir xanımla xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qaydaları və bu istiqamətdə görülən tədbirləri müzakirə etmələrini əks etdirən video paylaşılıb.

Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya bildirib ki, görülən müvafiq tədbirlərlə videonun O.Məmmədov və K.Zöhrabova tərəfindən 2021-ci ildə çəkildiyi müəyyən olunub.

Onlar polis orqanına dəvət olunublar.

Müvafiq izahedici söhbətlər aparıldıqdan sonra onlar yanlış hərəkətlərə yol verdiklərini etiraf edərək qeyd olunan görüntüləri sosial şəbəkə hesablarından silərək istifadə etdikləri xidməti geyimi təhvil veriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin