Sevdanın həkim əri: “Təklif etdim ki, nikahımız klinikada olsun” – VİDEO

Hazırda oxunan: Sevdanın həkim əri: “Təklif etdim ki, nikahımız klinikada olsun” – VİDEO

101773

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov nikahları ilə bağlı başlarına gələn gözlənilməz hadisədən söz açıblar. 

Bizim.Media xəbər verir ki, cütlük qonaq olduqları “Zaurla Günaydın” səhər şousunda nikahlarının çətinliklə başa gəldiyini açıqlayıblarə. 

Z.Bayramov bildirib ki, nikahları pandemiya dövrünə təsadüf etdiyi üçün problemlərlə üzləşiblər. 

“Nikahımız olanda hər yer bağlı idi. Heç yerə getmək olmurdu. Nikahlar balaca, idarə kimi yerdə olmalı idi. Sevda da ağlayırdı. Mən də təklif etdim ki, klinikanın akt zalı var. Oranı dekorlarla bəzəyərik, nikahımız orada olar. Sevda da çox pis oldu. Axırda xahiş etdik, çətinliklər oldu, bizə o otağı açdılar. Heç soruşan olmadı ki, razısız, ya yox? Biz ikimiz idik, bir də fotoqraf”, - deyə Zakir vurğulayıb. 
Qeyd edək ki, S.Yahyayeva dekabr ayında dünyaya gələcəyi qızına Ayla adını verəcəyini açıqlayıb. Müğənni ilə Zakir Bayramov ötən il ailə qurub. Zakir özəl klinikaların birində genetik-laborant olaraq çalışır. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin