“Əvvəlki Mətanəti özüm də itirmişdim. Çəkilərimlə hər zaman mübarizə aparmışam. Həmişə stressdən kökəlmişəm. Yemək yeyə-yəyə stressimdən qurtuluram. Elə ki problemlərim olur, başlayıram yemək yeyib şişməyə. Səhnədə özümü yaxşı hiss etmirdim. Ayaqlarım ağrıyırdı. 107 kilo olmuşdum. Şükürlər olsun ki, artıq çəkilərimdən xilas oldum”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “MTV maqazin”ə müsahibəsində söyləyib.
Mədəkiçiltmə sayəsində 35 kiloya qədər çəki atdığını açıqlayan sənətçi tezliklə üzündə və bədənində plastik əməliyyatlar keçirəcəyinin anonsunu verib.
“70 kilo çəkiyə düşsəm ideal olar. Artıq çəkiləri atdıqdan sonra plastik əməliyyat etdirəcəyəm. Üzgərmə və bədən korreksiyası əməliyyatı keçirəcəyəm. Bu yaşıma çatmışam, bir dəfə də olsa plastik əməliyyat etdirməmişəm.
“Liposaksiya” əməliyyatının isə tamamilə əleyhinəyəm. Dəfələrlə özüm əməliyyatsız arıqlamışam. 30-35 kilo çəki atmışam. Gec yatıram, gecə yemək yeyirəm. Bizim normal həyatımız olmur. Gecə yuxusuz qalmağımız axırımıza çıxıb. Çox çəki aldığımdan qərara qəldim ki, mədəkiçiltmə əməliyyatı keçirim. Əməliyyatdan sonra 35 kilo arıqladım”, - deyə Mətanət fikirlərini ifadə edib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
12:14 / 29.10.2022
35 kilo arıqlayan Mətanət plastik əməliyyat olunacaq – VİDEO
Hazırda oxunan: 35 kilo arıqlayan Mətanət plastik əməliyyat olunacaq – VİDEO
Hazırda oxunan: 35 kilo arıqlayan Mətanət plastik əməliyyat olunacaq – VİDEO
101766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.