Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi tərəfindən kompüter istifadəçilərini təhdid edən yeni zərərvericinin yayılması kampaniyası aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun məlumatında bildirilib.
Məlumata görə, kompüter istifadəçiləri arasında geniş istifadə edilən və kompüteri uzaqdan idarəetməyə imkan verən AnyDesk proqram təminatının adından istifadə etməklə istifadəçiləri saxta sayta yönəldən reklam kampaniyası aşkar edilib.
Google axtarış sistemində adı çəkilən proqram təminatını axtararkən reklam olaraq birinci sırada ainydesk[.]me saytına keçidi yerləşdirilib. (Məqalənin yazılma anına həmin reklam Google Axtarış sistemindən yığışdırılması təmin edilib).
aniydesk.me saytı istifadəçiləri aldatmaq məqsədi ilə AnyDesk proqram təminatının rəsmi veb səhifəsinə (anydesk.com) bənzər şəkildə hazırlanıb.
Qeyd edilən saytdan proqram təminatı yükləmək istədikdə yükləmə linki discord.com sosial şəbəkəsi üzərindən verilir. Bu təhlükəsizlik divarları tərəfindən yüklənən faylın aşkar edilməsindən qorunmaq məqsədi daşıyır və faylın etibarlı mənbədən yüklənməsinə istiqamətlənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
01:00 / 29.10.2022
Kompüter istifadəçilərinin nəzərinə - Yeni zərərverici yayılıb
Hazırda oxunan: Kompüter istifadəçilərinin nəzərinə - Yeni zərərverici yayılıb
Hazırda oxunan: Kompüter istifadəçilərinin nəzərinə - Yeni zərərverici yayılıb
101721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.