Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Çarlz Mişel quruma üzv ölkələrin liderlərini koronavirusa yoluxma hallarının artması səbəbindən qeyri-rəsmi toplantıya çağırıb. Bizim.Media xəbər verir ki, Ç.Mişel bununla bağlı sosial media hesabında paylaşım edib. Liderləri 29 oktyabrda videokonfransa dəvət edən Ç.Mişel “ COVİD-19” ilə mübarizədə birgə mücadiləmizi gücləndirməliyik” -deyib.
Qeyd edək ki, Avropa ölkələrinin çoxunda COVİD-19 göstəricilərində böyük artım qeydə alınıb. İngiltərə, Fransa, İspaniya, İtaliya, Almaniya, Belçika kimi bir çox ölkələrdə yoluxma sayı yüksək həddə çatıb. Avropa ölkələrinin əksəriyyəti artım göstəricilərinə görə yeni tədbirlərə əl atıblar.
Bizim.Media