Sabiq deputata qarşı dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Sabiq deputata qarşı dələduzluq edən şəxs MƏHKƏMƏ QARŞISINDA 

101663

Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramova qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Natavan Ələkbərova tərəfindən məhkəməyə 180 min manatlıq mülki iddia daxil olub. Mülki iddia icraata qəbul olunub. 

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Elçin Bağırov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, mülki iddianı da qəbul etmədiyini deyib. Növbəti proses noyabrın 18-də davam edəcək. 

Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib. 

Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş. 

Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar. 

Istintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin