Həbsdə tanış olan üç nəfər Oğuzda oğurluq ediblər - FOTO

Hazırda oxunan: Həbsdə tanış olan üç nəfər Oğuzda oğurluq ediblər - FOTO

101650

Cəzaçəkmə müəssisəsində tanış olan üç nəfər keçmiş məhkum Oğuz rayonunda oğurluq ediblər. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Belə ki, rayonun Bucaq kəndi ərazisində yerləşən evlərin birindən televizor, mağazadan tütün məmulatları və pul oğurlanıb, eləcə də bir ünvandan oğurluğa cəhd olunub. 

Naməlum şəxslər daha sonra kənd sakininə məxsus “Mercedes” markalı avtomobili qaçırıblar. 

Polis əməkdaşları tərəfindən hadisə yerlərinə baxış keçirilib və cinayət hadisələrini törədən şəxslərin kimliyi müəyyən olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları etməkdə şübhəli bilinən üç nəfər, əvvəllər də dəfələrlə eyni əmələ görə məhkum olunmuşlar - Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gələn dostlar burada niyyətlərini həyata keçirdikdən sonra “Mercedes” markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər. Onların qaçırdıqları nəqliyyat vasitəsinin yeri paytaxtda müəyyən olunaraq istintaqa təhvil verilib. 
Qeyd edək ki, saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər. 

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, hər üç şəxsin digər cinayətlərdə iştirakının olub-olmamasının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Rasim İslamov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin