Çinin ən böyük dövlət maliyyə təsisatlarından olan "Harong Asset Management”in sabiq rəhbəri Lai Xiaomin bir sıra cinayətlərə görə edam edilib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Uşaqlarını öldürən ana edam edildi
İranda sünni lideri edam edildi
Məlumata görə, iş adamı mənimsəmə, korrupsiya və çoxarvadlılığa görə təqsirləndirilirərək edama məhkum edilib.
Barəsində hökm bu ay verilən Lai Xiaomin 2009-2018-ci illər ərzində 25 milyon yuandan artıq ictimai vəsaiti qəsb etməkdə, habelə bütövlükdə 1,7 milyard yuan məbləğində rüşvətxorluqda şübhəli bilinərək 2018-ci ilin aprel ayında istintaqa cəlb edilmiş və işindən, habelə partiya üzvlüyündən xaric edilmişdi.
Bizim.Media